Arvadını xəyanətə görə öldürən şəxsə bu cəza verildi 

saytların hazırlanması

Evə çatdırılma

Arvadını xəyanətə görə öldürən şəxsə bu cəza verildi 

Kriminal

15 Mart 2024 11:00 968


Lənkəran Ağır Cinayətlər Məhkəməsində Salyanda arvadını öldürməkdə təqsirləndirilən Murad Zamanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Məhkəmənin hökmü ilə Murad Zamanov 9 il müddətinə azadlıqdan məhrum edilib.  Sezar pizza

Qeyd edək ki, hadisə 20 sentyabr 2023-cü il tarixdə, gecə saat 2 radələrində Salyan şəhərində baş verib. Belə ki, Salyan şəhər sakini, 1965-ci il təvəllüdlü Murad Zaman oğlu Zamanov həyat yoldaşı, 1976-cı il təvəllüdlü Nazilə Məhərrəm qızı Zamanovanı kəndirlə boğaraq qətlə yetirib. Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb. Murad Zamanov ifadəsində bildirib ki, arvadını ona xəyanət etdiyi üçün öldürüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!