“TikTok”da “Arzum 9999” adı ilə tanınan İlduzə Hacıyeva 5 il 2 ay müddətə azadlıqdan məhrum edildi. Bəs, onun biri autizmdən əziyyət çəkən 4 övladının aqibəti necə olacaq? Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin azyaşlı uşaqlarının varlığını, həm də sayını, üstəlik hansınınsa xəstəliyini nəzərə alırmı?
“Əlbəttə, şəxsin himayəsində azyaşlı uşaqlarının olması məhkəmədə nəzərə alınan hallardandır”.
Bunu “Yeni Sabah”a danışan vəkil Ramil Süleymanov bildirib. pizza mizza
O, dərhal “əmma” səsləndirib: “Ancaq bu, uşaqların sayına görə cəzanın avtomatik azalacağı və ya dəyişəcəyi anlamına gəlmir. Həmin halın yalnız cəzanı yüngülləşdirən amillərdən biri kimi qiymətləndirilməsi mümkündür”.
Vəkil əlavə edib ki, uşaqlardan birinin autizmli olması da, şübhəsiz, yüngülləşdirici hal hesab oluna bilər:
“Lakin nəzərə alınmalıdır ki, həmin uşaqlar Azərbaycan dövlətinin himayəsində deyillər, onların Azərbaycanla hüquqi bağlılığı yoxdur və hamısı xarici ölkə vətəndaşlarıdır. Faktiki olaraq, onlar atalarının himayəsindədirlər. Bu baxımdan, ananın məhkum olunması uşaqların sahibsiz və ya himayəsiz qalması anlamına gəlmir. Onların hüquqi statusu və təminatı vətəndaşı olduqları ölkənin qanunvericiliyi ilə tənzimlənir”.
R. Süleymanovun sözlərinə görə, valideynin həbs olunması onun övladlarını görmək hüququnun avtomatik əlindən alınması mənası vermir:
“Yalnız törədilən cinayətin xarakteri qanunvericilik baxımından xüsusilə ağır hesab olunduqda, uşaqların mənafeyinə və təhlükəsizliyinə birbaşa təhdid yaratdıqda, məhkəmə valideyn hüquqları ilə bağlı əlavə məhdudiyyətlərin tətbiqini də nəzərdən keçirə bilər. Bu isə konkret işin halları və müvafiq qanunvericiliyin tələbləri əsasında qiymətləndirilir”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız