Yasamalda 46 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Yasamalda 46 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarıldı

Kriminal

04 İyul 2026 15:58 159


Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirlərlə paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilindiyi üçün saxlanılan, əvvəllər məhkum olunmuş 42 yaşlı Nicat Ağayevdən 23 kiloqrama yaxın marixuana, tiryək və metamfetamin aşkarlanıb. Keçirilən digər əməliyyat zamanı saxlanılan, əvvəllər məhkum olunmuş 48 yaşlı Ramil Məmmədovdan isə 23 kiloqram 450 qram marixuana aşkarlanıb. Əməliyyatlar nəticəsində ümumilikdə 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. pizza

Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!