Abşeron rayonu, Masazır kəndində avtomobil yanıb.
"Yeni Sabah" xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Dördpendirli pizza
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər çevik müdaxiləsi sayəsində "Ford" markalı yük avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Xəsarət alan olmayıb.
Avtomobilin digər hissələri yanğından mühafizə olunub.
Telegram kanalımız