70 yaşlı milyarder Araz Ağalarovun 27 yaşlı xanımı Alyona Ağalarova ilk dəfə şəxsi biznesindən söz açıb.
"Yeni Sabah" Spletnik-ə istinadla xəbər verir ki, o, müsahibəsində qeyd edib:
“Ev tekstili brendi yaratmaq ideyası şəxsi ehtiyaclarımdan yarandı. Mən toxunuşa qarşı çox həssas insanam. Buna görə də yataq dəsti seçimi mənim üçün hər zaman çox vacib olub. Səyahətlər zamanı parçanın keyfiyyəti xoşuma gəlməyəndə bir həftə ərzində normal yata bilmirdim. Elə bir məqam gəldi ki, artıq evdən öz yataq dəstimi də özümlə aparmağa başladım”. pizza sifarişi
İndi bütün Ağalarovlar ailəsi şəxsi brendinin ev tekstilindən istifadə edir:
"Yataq dəstlərimizdən bir il yarımdan çoxdur ki, istifadə edirik. Hər dəst saysız-hesabsız yuyulmaya tab gətirib və hələ də yeni kimi görünür. Həmçinin fərqli yorğanlarımız var: bəzən tüklü, bəzən yun yorğanın altında yatırıq. Yeri gəlmişkən, həyat yoldaşım yun yorğana üstünlük verir; o, uşaqlıqdan bəri buna öyrəşib və yun yorğanın bir çox üstünlükləri var. Amma böyük oğlumuz bambuk yorğan seçdi."
Xatırlatma: “Crocus Group” şirkətinin sahibinin ikinci evliliyi barədə məlumat bu ilin mart ayında yayılıb. Həmin vaxt internetdə Ağalarovun yeni xanımı və onların olduğu iddia edilən iki uşaqla çəkilmiş fotosu yayılıb.
Telegram kanalımız