Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) 2026-cı ilin iyun ayı üzrə daşınmaz əmlak indekslərini təqdim edib. Məlumata görə, bazarda mülayim və dayanıqlı artım meyli davam edir. İyun ayında ümumi bazarın vəziyyətini əks etdirən kompozit (ümumi) indeks 106.7 bənd təşkil edib. Bu, may ayı ilə müqayisədə 0.7%, baza dövrü sayılan 2025-ci ilin dekabrına nisbətən isə 6.7% artım deməkdir.
"Yeni Sabah” Banker.az-a istinadən xəbər verir ki, bazarın ayrı-ayrı seqmentləri üzrə vəziyyət aşağıdakı kimidir:
Bazarın əsas hərəkətverici qüvvəsi yenə də torpaq sahələri olub. Bu istiqamətdə indeks 118.1 bəndə yüksəlib. Premium ərazilərə, eləcə də developer (böyük tikinti və investisiya) layihələrinə tələb yüksək olaraq qalır. Sezar pizza
2. Mənzil bazarı
Yeni və köhnə tikililər arasında balans qorunur, qiymət artımı fundamental amillərə əsaslanır:
Yeni tikili mənzillər: 104.8 bənd
Köhnə tikili mənzillər: 104.0 bənd
Fərdi yaşayış evləri: 104.7 bənd (Burada qiymətləri əsasən torpağın bahalaşması diktə edir).
3. Kommersiya əmlakı və Kirayə bazarı
Kommersiya (Satış): İndeks 104.8 bəndə yüksəlib.
Kommersiya (İcarə): May ayındakı artımdan sonra sabitləşmə qeydə alınıb və indeks 104.9 bənd olub.
Kirayə mənzillər: Sakitlikdir. Yeni tikililərdə kirayə indeksi 101, köhnə tikililərdə isə 100 bənd olmaqla sabit qalıb.
4. Qaraj bazarı
Əvvəlki aylardakı kəskin artım tempindən sonra iyun ayında daha tarazlı mərhələyə keçid müşahidə olunub (indeks: 110.6 bənd).
Mövcud dinamika göstərir ki, 2026-cı ilin ikinci yarısında daşınmaz əmlak bazarında kəskin qiymət dalğalanmaları gözlənilmir. Risk səviyyəsi aşağıdır və artım tendensiyası əsasən torpaq bazarı ilə premium seqment hesabına davam edəcək.
Telegram kanalımız