Manaf Ağayevin saxlanıldığı xəbəri yayıldı

saytların hazırlanması

Evə çatdırılma

Manaf Ağayevin saxlanıldığı xəbəri yayıldı

Şou

04 İyul 2026 17:32 920


Müğənni Manaf Ağayevin hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanıldığı xəbəri yayılıb.

"Yeni Sabah" xəbər verir ki, Globalinfo.az-a verilən məlumata görə, o, Manset.az saytının baş redaktoru Əli Vəliyevin şikayəti əsasında saxlanılıb. Bildirilir ki, Manaf Ağayevin adından Ə.Vəliyev təhdid edilib.

Məsələ ilə bağlı Globalinfo.az müğənni Manaf Ağayevlə əlaqə saxlayıb. pizza sifarişi

O, xəbəri təkzib edib:

“Mənim saxlanılmağıma dair yayılan məlumatlar əsassızdır. Gördüyünüz kimi, zənginizə özüm cavab verdim. Sadəcə, Nərimanov rayon polis şöbəsindən zəng gəldi ki, jurnalist Əli Vəliyev barəmdə şikayət edib. Sabah gedib ifadə verəcəyəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!