ABŞ Prezidenti Donald Tramp ölkəsinin heç vaxt kommunist dövlətə çevrilməyəcəyini bildirib.
"Yeni Sabah" xəbər verir ki, o, Birləşmiş Ştatların 250 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində "Mount Rushmore National Memorial" abidəsinin qarşısında çıxış edib.
Donald Tramp kommunist ideyaların təhdid olduğunu iddia edib. Prezident deyib ki, son illərdə ABŞ-nin tarixini və milli kimliyini dəyişməyə yönəlmiş cəhdlər müşahidə olunur: pizza sifarişi
Onun sözlərinə görə, ölkəyə gələn bəzi şəxslər Amerikanın həyat tərzinə uyğun olmayan ideyaları dəstəkləyirlər və bu şəxslərin ölkədən çıxarılması üçün tədbirlər görülməlidir.
"ABŞ vətəndaşları kommunizmi məğlub edəcək. Biz onları sürətlə ölkədən uzaqlaşdıracağıq. ABŞ heç vaxt kommunist ölkə olmayacaq!"
Əsmətxanım Rzazadə
Telegram kanalımız