Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampa Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 250 illiyi münasibətilə rəsmi təbrik mesajı göndərib.
"Yeni Sabah" xəbər verir ki, təbrik teleqramı Kremlin saytında dərc edilib.
Rusiya lideri çıxışında ABŞ-ın Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin tarixi əhəmiyyətini qeyd edərək, bu sənədin təkcə Amerika dövlətçiliyinin təməli deyil, həm də dünya tarixində mühüm bir mərhələ olduğunu bildirib. Putin həmçinin Rusiyanın Böyük Britaniyadan müstəqillik uğrunda mübarizəsi zamanı Şimali Amerika müstəmləkələrini dəstəklədiyini xatırladıb. Pepperoni pizza
Rusiya Prezidentinin sözlərinə görə, son 250 ildə iki ölkə arasındakı münasibətlər "əməkdaşlığın bir çox əhəmiyyətli mərhələlərini" əhatə edib. O, Rusiya və ABŞ-ın iki dünya müharibəsində müttəfiq olduqlarını və birlikdə nasizm üzərində qələbəyə və müasir dünya nizamının təməllərinin formalaşmasına töhfə verdiklərini vurğulayıb.
Putin ən böyük nüvə gücləri kimi Rusiya və ABŞ-nin qlobal sabitliyin və təhlükəsizliyin qorunmasında xüsusi məsuliyyət daşıdığını qeyd edib.
Rusiya Prezidenti çıxışının sonunda Donald Trampa və ailəsinə cansağlığı, rifah və uğurlar, ABŞ vətəndaşlarına isə sülh və firavanlıq arzulayıb.
Telegram kanalımız