Astarada çöl quşlarını ovlayanlar cərimələniblər

saytların hazırlanması

Evə çatdırılma

Astarada çöl quşlarını ovlayanlar cərimələniblər

Kriminal

03 Noyabr 2024 12:30 940


Astarada dirəklərə tor qurmaqla qanunsuz şəkildə çöl quşları ovlayanlar aşkarlanıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Vurğulanıb ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Rüdəkənar kəndindəki müxtəlif ərazilərdə 4 nəfər rayon sakini R.Vəliyev, M.Əliyev, H.Rzayev və Q. Vəliyevin qanunsuz ov etdikləri bəlli olub. Toyuqlu pizza

Onlardan müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi, çöl quşlarını havada ovlamaq üçün quraşdırılmış çox sayda sintetik torlar, ov zamanı istifadə olunan digər alətlər və qanunsuz olaraq ovlanan çöl quşları aşkarlanıb.

Həmin şəxslər barəsində protokollar tərtib edilərək aidiyyəti dövlət qurumuna göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!