Astarada sürüşmə baş verdiyi ərazidən evlər köçürülür? - Açıqlama

Astarada sürüşmə baş verdiyi ərazidən evlər köçürülür? - Açıqlama

Sosial Veb saytların hazırlanması

03 Oktyabr 2023 12:31 204


Bir neçə gün əvvəl Astara rayonu Şəkarən kəndinə aparan yolda sürüşmə hadisəsi baş vermişdi.

Yenisabah.az xəbər verir ki, hadisə ilə bağlı Su Ehtiyatları Agentliyinə müraciət edilib.

Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov bildirib: "Həmin yolda yaxın zamanda təmirə başlanacaq. Ancaq ərazidə məsul qurumlar tərəfindən hələ də işlər davam etdirilir ki, yağıntılı hava şəraitində yenidən ziyan vurmasın. Sözügedən kənddə əhalinin köçürülməsinə ehtiyac yoxdur. Hazırda sakinlər öz evlərində yaşayır".

A. Mahmudov qeyd edib ki, hazırda rayon ərazisində olan sürüşmə zonalarında vəziyyət stabildir.

Sentyabrınn 25-də güclü yağışlar nəticəsində Astara rayonu Şəkarən kəndinə aparan yolda sürüşmə hadisəsi baş verib. Yolun bərpası üçün Lənkəran şəhərindən texnikalar cəlb olunub. Sözügedən kənddə 6 ailə yaşayır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!