Atanın dəhşətli cinayəti kameralara düşüb - TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

Atanın dəhşətli cinayəti kameralara düşüb - TƏFƏRRÜAT

Kriminal

01 Aprel 2024 10:52 7182


Sumqayıtda dəniz sahilində 1 yaşlı Zeynəb Yeşilin suda boğularaq qəsdən öldürülməsində onun atası - 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turan şübhəli bilinir.

Lent.az sözügedən hadisənin bəzi təfərrüatını əldə edib.

Məlum olub ki, Türkiyə vətəndaşı olan Yeşil Ahmet Turan uşağı gəzməyə aparmaq adı ilə evdən çıxarıb. Sonra isə o, uşağı öldürmək üçün dəniz kənarına gətirib. Toyuqlu pizza

Atası körpəni dənizdə boğmaq məqsədi ilə onun paltarlarına qum və daş dolduraraq suya atıb. Nəticədə uşaq boğularaq ölüb.

Bütün bunlar ərazidəki təhlükəsizlik kameralarına da düşüb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!