Atasını, ögey anasını öldürdü: Bir ailədən 3 meyit çıxdı - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Atasını, ögey anasını öldürdü: Bir ailədən 3 meyit çıxdı - FOTO

Kriminal

10 Aprel 2024 09:35 1955


Türkiyənin Sakarya şəhərinin Xəndək rayonunda ailədaxili silahlı davada üç nəfər ölüb, bir nəfər yaralanıb.

“Yeni Sabah” report-a istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, Mövlud Çəlik adlı şəxs ailədaxili davada silaha əl ataraq ata və ögey anasını qətlə yetirib. Olaydan xəbər tutmuş qardaşı Səlcuq Çəlik evin həyətində qarşılaşdığı qardaşı ilə dalaşmağa başlayıb. Dava zamanı Mövlud Çəlik silahla çiynindən vurduğu qardaşı tərəfindən kəsici alətlə öldürülüb. Toyuqlu pizza

Məlumat daxil olduqdan sonra hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralı Səlcuq Çəlik xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!