Atatürkü təqlid edən ilk əfqan lider – Tarixin yaddaşı

saytların hazırlanması

Evə çatdırılma

Atatürkü təqlid edən ilk əfqan lider – Tarixin yaddaşı

Siyasət

17 Avqust 2021 12:19 1726


Türkiyə Cümhuriyyətinin hazırda Əfqanıstanda xüsusi missiyanı öz üzərinə götürmək niyyəti bu iki ölkənin ortaq tarixində ilk nnümunə deyil.

1920-ci illərdə Anadoluda Milli Mübarizənin sona çatmasından sonra Türkiyə Cümhuriyyəti ilə ilk diplomatik əlaqəni Əfqanıstan dövləti qurub.

Mustafa Kamal Atatürkün banisi olduğu dövlətlə Əfqanıstan arasında ilk ittifaq 1 mart 1921-ci ildə edilib. Marqarita pizza

Sənədə əsasən, Türkiyə Əfqanıstan əmirliyini tanıyıb, Əfqanıstana 5 illik müəllim və zabitlərdən ibarət heyət göndərib.

Digər tərəfdən, Birinci Dünya Müharibəsi zamanı "Mədinənin müdafiəçisi" olaraq tanınan Fahrettin (Türkkan) paşa Kabilə səfir təyin olunub. 

24 iyul 1923-cü ildə Lozanna müqaviləsinin imzalanmasından sonra Əfqanıstan Türkiyəyə təbrik teleqramı göndərib.

Əfqanıstandan Türkiyəyə gələn ilk lider ölkənin əmiri Əmənullah xandır.

1919-cu ildə taxta çıxan Əmənullah xan 1929-cu ilə qədər hakimiyyətdə qalıb və islahatçı kimi tanınıb.

1928-ci ilin may ayında Əfqanıstan əmiri xanımı Ülyahəzrət Sürəyya ilə birlikdə Türkiyəyə səfər edib.

Əmirin heyətinə Fahrettin (Altay) paşa, Baş komandan Naci (Eldəniz) paşa və Kabul səfiri Nebil bəy də daxil olub.

İzmirdə jurnalistlərə açıqlamasında Əmənullah xan bildirib:

“Türk və Əfqanıstan xalqları arasında əbədi bir qardaşlıq var. Türklər göz bəbəyimizdir”.

Əmir və məiyyətini qarşılayan Mustafa Kamal Atatürkü Türkiyə Böyük Millət Məclisinin sədri Kazım (Özalp) paşa, İsmət İnönü, nazirlər və CHP-nin baş katibi müşayiət edib.

Digər tərəfdən Baş Qərargah rəisi Fevzi paşa və digər ordu üzvləri Əfqanıstan hökmdarını qarşılayanlar arasında olub.

Fahrettin Altay xatirələrində yazır:

“30 May Qurban bayramında ziyarətlər və təbriklər edildi. Günortadan sonra əmir öz maşınını sürərək İstanbulu gəzdi. Məni yanında oturtdu və dedi: "Qorxma, mən vəsiqəsi olan sürücüyəm". Dedim: "Bir əmirin sürdüyü avtomobildə olmaq şərəfdir, amma yollarımız kobud və qarışıqdır, bir bələdçi götürsəniz, yaxşı olar".  Amma buna ehtiyac olmadığını söyləyərək hərəkətə keçdi. Şükürlər olsun ki, səyahətimizi təhlükəsiz başa vurduq”.

Daha sonra türk hərbçi qeyd edir:

“... Atatürk ilk kralın Ankaraya ilk gəlişi olduğu üçün çox şən idi… Əmir türkcə danışır və istəklərini aydın izah edə bilirdi. Kraliça isə farsca danışırdı".

Əmənullah xan səfəri günlərində islahatlarla bağlı Atatürkün fikrini soruşub və Atatürk ilk növbədə ordunu gücləndirməsini təklif edib.

Atatürkü nümunə götürən Əmənullah xanın islahatları yarımçıq qalıb.

Ölkədə davam edən qiyamlar onun taxtdan imtina etməsi ilə nəticələnib. 

Beləliklə, Əfqanıstanda islahatlar dəfn olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!