Avropa Birliyi Ermənistandakı bütün siyasi qüvvələri ölkənin üzləşdiyi problemlərin həlli üçün birlikdə işə başlamağa çağırıb.
Yenisabah.az xəbər verir ki, bu barədə açıqlama verən Avropa Birliyi təmsilçisi Peter Stanonun ilk əvvəl Ermənistandakı erkən parlament seçkilərinin rəqabətli və normal səviyyədə keçirildiyini bildirib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu tərəfindən aparılan ilkin qiymətləndirməyə görə, Ermənistanda bütün seçki iştirakçılarına seçki kampaniyalarını sərbəst aparmaq imkanı verilib. pizza sifarişi
Bununla yanaşı seçki prosesi ilə bağlı bütün şikayət və müraciətlərin ölkə qanunvericiliyinə əsaslanaraq diqqətlə nəzərdən keçirilməli olduğu da diqqətə çatdırılıb.
Telegram kanalımız