Avropa İttifaqı Şurasının prezidenti:   “Rusiyadan qorxmuruq” 

saytların hazırlanması

Evə çatdırılma

Avropa İttifaqı Şurasının prezidenti: “Rusiyadan qorxmuruq” 

Siyasət

12 İyun 2021 09:37 698


“Rusiyanın hərəkətlərinin daha proqnozlaşdırılabilən və stabil olmasını istəyirik”.

Yenisabah.az xəbər verir ki, bunu LN24 televiziyasına açıqlamasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel deyib.

“Bu məsələdə birlik var və bunu iki həftə əvvəl keçirilən Aİ Zirvə görüşündə açıq şəkildə gördük. Rusiyanın qeyri-qanuni, dağıdıcı və təhrikedici davranışlarını qınayırıq. pizza

Rusiyadan qorxmuruq və qərarlılığımızı nümayiş etdiririk. Bunu bir həftə öncə prezident Vladimir Putinlə görüşdə sakit, amma qərarlı bir şəkildə dilə gətirə bildim”, - o qeyd edib.

Ş.Mişel Avropa və ABŞ-ın Rusiyaya qarşı Trans-Atlantik Birliyinin birgə maraq və dəyərləri qorumağa kömək edəcəyini söyləyib:

“Tərəfdaşlarımızla ABŞ-la əhatəli bir dəyərləndirmə aparacağıq. ABŞ Prezidenti Co Baydenin Putinlə görüşündən əvvəl Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen və Baydenlə birgə görüşümüz olacaq. Bu, bizim koordinasiyamızı göstərir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!