“Avropa legionu” yaradılır

saytların hazırlanması

Evə çatdırılma

“Avropa legionu” yaradılır

Dünya

11 Aprel 2024 21:09 659


“Avropa İttifaqı (Aİ) hücum halında regional birliyin üzvü olan ölkələrin müdafiəsi üçün çevik reaksiya qüvvələri yaratmaq niyyətindədir”.

Yenisabah.az “Ekathimerini”yə istinadla xəbər verir ki, bu barədə Yunanıstanın nəşrinə müsahibəsində Polşanın xarici işlər naziri Radoslav Sikorski danışıb.

O qeyd edib ki, Aİ-nin vahid ordusunun yaradılması ilə bağlı müzakirələr lüzumsuz çaşqınlığa gətirib çıxarır. Bu təşəbbüs ayrı-ayrı dövlətlərin qoşunlarının birləşməsini nəzərdə tutur və belə bir inkişaf ehtimalı azdır. pizza hut

“Lakin biz Avropanın hərbi potensialının - çevik reaksiya qüvvələrinin formalaşdırılması prosesindəyik. Mən onları “Avropa legionu” adlandırıram”, - deyə Sikorski əlavə edib.

Nazir, Avropada yeni hərbi strukturun yaradılması zərurətinin ABŞ və Çin arasındakı qarşıdurma ilə bağlı yarandığını izah edib.

“Hazırda Vaşinqton bu məsələyə çox diqqət yetirir, ona görə də region ölkələri hücum zamanı müttəfiqin köməyinə ümid bəsləməməlidir. Əksinə, Aİ müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməli olacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!