Avropa üçüncüsü Jalə Əliyeva: “Səhvlərim üzərində çalışacağam”

saytların hazırlanması

Evə çatdırılma

Avropa üçüncüsü Jalə Əliyeva: “Səhvlərim üzərində çalışacağam”

İdman

25 Aprel 2026 00:59 129


Avropa çempionatında bürünc medal qazanan qadın güləşçimiz Jalə Əliyeva (57 kq) yarışla bağlı təəssüratlarını bölüşüb.

"Yeni Sabah" xəbər verir ki, o, turnirə yüksək hazırlıqla yollanıb və əsas hədəfi qızıl medal olub:

"Bu yarışa çox güclü hazırlaşmışdıq. Məqsədim çempion olmaq idi. Ötən il də yarımfinalda zədələndiyim üçün mübarizəni dayandırmalı olmuşdum. Bu dəfə isə qələbə qazanmağı qarşıma məqsəd qoymuşdum".

Lakin bəzi səhvlər səbəbindən bu hədəfə çata bilmədiyini vurğulayan güləşçimiz gələcək planlarından danışıb: "Təəssüf ki, çempionluq alınmadı. Müəyyən səhvlərə yol verdim. İndi əsas vəzifəm həmin səhvlərin üzərində çalışmaq və gələcək yarışlarda əlimdən gələnin ən yaxşısını etməkdir".

Qeyd edək ki, Jalə Əliyeva Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!