Avropada Ukrayna üçün 10 milyard avro yığıldı

saytların hazırlanması

Evə çatdırılma

Avropada Ukrayna üçün 10 milyard avro yığıldı

Dünya

10 Aprel 2022 08:40 266


Ukrayna qaçqınları üçün təşkil olunmuş beynəlxalq donor konfransında 10,1 milyard avro məbləğində ianə və kredit razılığına nail olunub.

Yenisabah.az xəbər verir ki, Varşavada "Ukrayna üçün ayağa qalx" devizi altında təşkil olunmuş kampaniyada dövlət və ictimai xadimlər videoformatda iştirak ediblər.

Vəsaitlərin 9,1 milyard avroluq hissəsi kampaniya çərçivəsində yığılıb, 1 milyard avro vəsaiti isə Avropa Komissiyası Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə təqdim edəcəyini elan edib. pizza hut

Qeyd edək ki, beynəlxalq donor konfransı Avropa Komissiyası, Kanada hökuməti və “Global Citizen” qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə çağırılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!