“Avropalılar utanıb-çəkinmədən xristian təəssübkeşliyi edirlər“   - ETİRAZ

saytların hazırlanması

Evə çatdırılma

“Avropalılar utanıb-çəkinmədən xristian təəssübkeşliyi edirlər“ - ETİRAZ

Siyasət

26 Aprel 2021 17:31 774


Yerevana səfər edən Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Azərbaycan-Ermənistan münasibətləri barədə fikirlər səsləndirib. Nazirin, “Avropa Birliyi (AB) bütün əsir və məhbusların geri qaytarılmasının lazım olduğuna dair mövqeyini çox açıq şəkildə bildirib”,-ifadəsi onun tərəfli mövqe nümayiş etdirməsindən və Vətən müharibəsindən sonra Azərbaycan ərazisində saxlanılan ermənilərin əsassız şəkildə əsir olduğunu düşünməsindən xəbər verir.

Məlumüt üçün bildirək ki, həmin şəxslər hərbi əsir yox, diversantdır. Qabrielius Landsberqis həmçinin Avropanın Ermənistana yardımları genişləndirə biləcəyinə də diqqət çəkib. Məlumdur ki, ötən dövr ərzində işğala məruz qalan, əraziləri dağıdılan, düşmən tərəfindən torpaqlarına yerləşdirilən minalar səbəbilə mülki əhalisi ölən ölkə Azərbaycandır. Bundan əlavə faktiki olaraq Aİ-yə üzv dövlətlərdən 9-u ilə strateji tərəfdaşlığı olan ölkə də Azərbaycandır. Lakin bütün bunlar nəzərə alınmadan Avropa dövlətləri ancaq işğalçı Ermənistana humanitar yardım göstərir.

Maraqlıdır, Avropanın bu yanaşması nədən qaynaqlanır? Dominos pizza

Mövzu barədə Yenisabah.az-a danışan Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli qeyd edib ki, Avropada liberal-demokratik dəyərlərin dərin böhranı gedir:

“Dəyərləndirmədə-insana və dövlətlərə qiymət vermədə sırf dini təəssübkeşlik duyğuları ön plana keçir. Bundan başqa Avropada multikultural dəyərlər zəiflədiyinə görə islamofobiya genişlənir. Elə bu səbəbdən də dəyərlər sistemində ağına-bozuna baxmadan müxtəlif yanlışlara yol verilir. Ermənistan işğalçı, azərbaycanlılara qarşı soyqırımı törədən bir ölkədir. Bu bölgəni viranəyə çevirib. Avropa 30 il ərzində işğalçıya işğalçı sözünü demədi. BMT-nin qətnamələrində üstüörtülü şəkildə deyilsə də, geniş miqyasda bu ifadə səsləndirilmədi. İndi isə işğalçının himayəsinə qalxıblar. İşğalçı isə bölgədə Avropanın özünə bir nömrəli düşmən elan etdiyi Rusiyanın müttəfiqidir. Litvalı xarici işlər nazirindən soruşmaq istəyirəm, başlarının üstündə Rusiyanın təcavüz qorxusu “Damokl qılıncı” kimi asıldığı bir vaxtda nəyə görə Rusiyanın  forpostu sayılan, az qala quberniyasından biri olan bu ölkəyə belə qayğı göstərmək fikrinə düşüblər?”.

Politoloq bu kimi məsələlərin Avropa Birliyi ilə bağlı düşüncələrimizə çaşqınlıq gətirdiyini vurğulayıb:

“Yəni belə baxanda görürsən ki, Avropanın dəyərlərinin hamısı devalvasiya olmaqda, böhran yaşamaqdadır. Belə bir zamanda bunların utanıb-çəkinmədən xristian təəssübkeşliyi mövqeyindən çıxış edərək Ermənistana yardım etmələri, amma torpağı 30 il işğal altında olmuş bir ölkəyə simvolik də olsa, yardım göstərməmələri adamda heyrət doğurur. Avropa və Qərb dünyası dərin ideya böhranı içərisindədir. Bu böhran da sivilizasiyalararası münasibətlərdə çaşqınlığa səbəb olur. Bu çaşqınlıq bir az da böyüyərək qarşıdurmalara gətirib çıxarır. Əgər iş belə gedərsə və bu məsələlərə bir əyar verilməzsə, sivilizasiyalararası gərginlik əhəmiyyətli dərəcədə artar və bu da Avropanın səhvi olar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!