Avstriya 2 rus diplomatını ölkədən qovdu 

saytların hazırlanması

Evə çatdırılma

Avstriya 2 rus diplomatını ölkədən qovdu 

Dünya

14 Mart 2024 10:04 562


Avstriya iki rus diplomatı ölkədən çıxarır. 

Bakupost.az xəbər verir ki, Avstriya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Rusiyanın Vyana səfirliyində çalışan iki rus diplomatın “diplomatik statuslarına uyğun gəlməyən” hərəkətlərinə görə “persona non qrata” elan edildiyi bildirilib. 

Qeyd olunur ki, onlar martın 19-dək ölkəni tərk etməlidirlər. Nazirlik rusiyalı diplomatların "diplomatik statusları ilə uyğun gəlməyən" hərəkətləri ilə bağlı əlavə məlumat verməyib.  Dördpendirli pizza

Bununla da, Avstriyanın 2020-ci ildən bu yana deportasiya etdiyi rus diplomatların sayı 11-ə yüksəlib. 

Rusiya Avstriyanın son deportasiya qərarı ilə bağlı açıqlama verməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!