Avstriya Rusiya neftindən imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Avstriya Rusiya neftindən imtina etdi

Dünya

21 Aprel 2022 16:04 440


Avstriya Rusiyanın Ukraynaya təcavüzündən sonra bu ölkənin neftini almaqdan imtina edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Kurier” qəzeti yazıb. 

Qəzet Avstriya şirkətinin nümayəndəsindən sitat gətirib: “Rusiyadan neft alışı həmişə çox aşağı olub və müharibə başlayandan biz onu başqa bazar nefti ilə əvəz etmişik”. Toyuqlu pizza

Statistika Departamentinin və Neft Sənayesi Assosiasiyasının məlumatına görə, 2021-ci ildə Avstriyanın neft idxalının cəmi 7,8%-i və ya 596 min tonu Rusiyanın payına düşüb. Üstəlik, Avstriyada uzun illərdir ən mühüm neft tədarükçüsü Qazaxıstandır. Ümumi idxalın 38,9%-ni təşkil edir. İnterfaks xəbər verir ki, ikinci yerdə Liviya (22,1%), üçüncü yerdə İraq (20,7%) qərarlaşıb.

Cavad Salmanlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!