“Avtoş” Ramin həbs edildi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

“Avtoş” Ramin həbs edildi - FOTO

Kriminal

10 Aprel 2024 13:15 1803


Abşeron rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, "Nexia" markalı, 75-BA-227 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ramin Qasımov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratmaqla avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Abşeron rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə təqdim olunub. Dominos pizza

Məhkəmənin qərarı ilə sürücü R.Qasımov 15 sutka inzibati qaydada həbs edilib və 500 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, sürücü avtomobili sürücülük hüququ olmadan idarə edib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!