Azərbaycanda daha bir tiktoker qiyabi həbs edilib.
Yenisabah.az lent.az-a istinadla xəbər verir ki, bu barədə Nərimanov rayon Məhkəməsi qərar çıxarıb.
Tiktoker Duana Quliyeva canlı yayımda olarkən bir nəfər onu söyüb. Duana onu adından tanıyıb və əvvəllər evində işləyən usta olduğunu bilib. Bu işdə ona bir şəxs kömək edib. Həmin şəxs digər 2 qohumu ilə birgə ustanı taparaq, Nərimanov rayonunda binalardan birinin arxasında Duana ilə görüşdürüb. Usta Duanadan üzr istəyib və onun ayaqqabısından öpməyə məcbur edilib. pizza sifarişi
Hadisədən sonra usta polisə şikayət edib.
Nəticədə Duananın barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddəsilə cinayət işi başlanıb.
Nərimanov rayon Məhkəməsi Duana və digər iki nəfər barəsində ev dustaqlığı qətimkan tədbiri seçib.
Telegram kanalımız