Ayaz Məmmədov istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

Ayaz Məmmədov istefa verdi

Siyasət

20 İyul 2021 18:24 5498


Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin Kvemo Kartli bölgəsi üzrə müşaviri Ayaz Məmmədov öz istəyi əsasında vəzifəsindən istefa verib.

Yenisabah.az xəbər verir ki, bu barədə o, özü feysbuk səhifəsində məlumat yayıb.

2017-ci ildə müşavir təyin olunan A.Məmmədov bildirib ki, istefasının əsas səbəbi Gürcüstanın hazırkı hakimiyyətinin son zamanlar yürütdüyü siyasəti dəstəkləməməsidir. Pepperoni pizza

Qeyd edək ki, A.Məmmədov Gürcüstanda son həftə ərzində istefa verən ikinci dövlət məmurudur. Belə ki, iyulun 15-də Qardabani bələdiyyə məclisinin sədr müavini, Qaratəhlə kəndinin deputatı Rəfi Orucov öz arzusu ilə vəzifələrindən gedib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!