Azad edilmiş torpaqların tam minalardan təmizlənəcəyi vaxt açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Azad edilmiş torpaqların tam minalardan təmizlənəcəyi vaxt açıqlandı

Sosial

17 Mart 2021 11:08 885


“İlk növbədə mülki şəxslərin bu günə qədər davam edən mənasız ölümlərini dayandırmaq lazımdır. Yəqin ki, İkinci Qarabağ müharibəsində bombalanma zamanı 100-dən çox mülki vətəndaşın öldüyünü, Gəncə, Bərdə, Tərtər, Naftalan və digər şəhərlərdəki yaşayış binalarının dağıdıldığını bilirsiniz. Ancaq ən dəhşətlisi budur ki, müharibə bitdikdən sonra da insanlar, torpaqlarımıza sözün əsl mənasında səpilən minaların partlaması nəticəsində ölməyə davam edirlər”.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyanın “Nezavismaya qazeta” nəşrinə müsahibəsində bildirib.

Səfir bildirib ki, mütəxəssislərin ən optimist proqnozlarına görə, azad edilmiş torpaqların tam minalardan təmizlənməsi 10 ildən 15 ilə qədər davam edə bilər və əhəmiyyətli maddi sərmayələr tələb edəcək, Azərbaycan tərəfi isə ən müasir avadanlıqlardan istifadə edərək, minaaxtaranlarını mümkün qədər qoruyur. Dominos pizza

“Rusiya sülhməramlıları da bu təhlükəli işdə bizə kömək edir, onlardan biri də bir müddət əvvəl minaya düşərək həlak oldu, digər bir neçəsi isə yaralandı. Bu işə türkiyəli mütəxəssislər də cəlb olunur. Ancaq eyni zamanda, erməni tərəfi minalanmış ərazilərin xəritələrini verməkdən qəti şəkildə imtina edir”. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!