AZAL COP29 ərəfəsində xüsusi endirimlər təklif edir

saytların hazırlanması

Evə çatdırılma

AZAL COP29 ərəfəsində xüsusi endirimlər təklif edir

Sosial

07 Oktyabr 2024 12:20 453


Bu ilin noyabrın 11-22-i tarixləri arasında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində ölkəyə səfər edəcək şəxslərə “Azərbaycan Hava Yolları” (AZAL) xüsusi endirimlər təklif edir.

Yenisabah.az xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkəti məlumat yayıb.

Kampaniya çərçivəsində COP29 ərəfəsində Bakıya səfər etmək niyyətində olan şəxslər AZAL-ın biznes, premium ekonom və ekonom siniflərindən olan aviabiletlərini 10% endirimlə əldə edə biləcəklər. Endirimdən yararlanmaq istəyənlər AZAL-ın rəsmi veb-saytı və ya mobil tətbiqi vasitəsilə aviabilet alışı zamanı "VISITCOP29" promokodundan istifadə etməlidirlər. pizza mizza

Güzəştlərdən AZAL-ın bütün beynəlxalq müntəzəm reysləri üzrə səyahət edən və yaşı 18-dən yuxarı olan şəxslər yararlana bilərlər. Endirimli aviabiletləri noyabrın 8-dək əldə etmək mümkündür.

Güzəştli aviabiletlər yalnız bu ilin 1 noyabr – 1 dekabr tarixləri arasında həyata keçiriləcək uçuşlara şamil olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!