Azərbaycan Avrasiya İttifaqına cığır açır?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Avrasiya İttifaqına cığır açır?

Siyasət

15 Aprel 2021 11:57 1204


Azərbaycan Avrasiya İqtisadi İttifaqında (Aİİ) müşahidəçi statusu ala bilər.

Yenisabah.az “Gazeta”ya istinadla xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Bakıya səfəri çərçivəsində aparılan danışıqları bir çox ekspert məhz bu cür dəyərləndirib.

Aİİ-də bir sıra ölkələr, o cümlədən Moldova, Tacikistan, İran və Kuba ilə bu sayaq əməkdaşlıq formatı mövcuddur. pizza mizza

İttifaqın hökumət başçıları simasında növbəti toplantısı aprelin 29-30-da Kazan şəhərində keçiriləcək.

Azərbaycan nümayəndə heyətinin də bu iclasda iştirakı gözlənilir.

Xatırladaq ki, aprelin 14-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan və Belarus Respublikasının dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev bildirib: “Əlbəttə, Belarus bizim dostumuz, sınaqdan çıxmış tərəfdaşımızdır. Təbii ki, biz onun təkcə işğaldan azad edilmiş ərazilərin bərpasında fəal iştirakına yox, həm də Ermənistanın tərəfdaşı, Ermənistanla bərabər Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü, eləcə də Azərbaycanın yaxın dostu, dünyada nüfuzlu ölkə kimi fəal iştirakına ümid bəsləyirik. Əlbəttə, mən əminəm ki, o, gələcəkdə Ermənistan ilə Azərbaycan arasında əlaqələrin nizamlanmasında mühüm rol oynaya bilər”.

Prezidentin bu sözlərini ekspertlər Azərbaycanın Aİİ-yə cığır açması kimi dəyərləndiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!