Azərbaycan BMT-ni Qarabağda ələ keçirilən hərbi vasitələrin sənədləşdirilməsinə dəvət etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan BMT-ni Qarabağda ələ keçirilən hərbi vasitələrin sənədləşdirilməsinə dəvət etdi

Siyasət

12 Oktyabr 2023 19:58 338


“Antiterror tədbirləri nəticəsində zərərsizləşdirilən və ya ələ keçirilən silahların mürəkkəbliyi və təşkilatlandırılması Ermənistanın Qarabağdakı hərbi personalını yerli milislər və ya silahlı mülki şəxslər kimi təsvir etmək cəhdlərini ifşa edib”.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı müraciəti üzrə dinləmələrdə çıxış edərkən bildirib.

“Ermənistan qüvvələrinin Qarabağda törətdiyi təhlükəsizlik təhdidlərinin ən bariz göstəricisi əməliyyat zamanı məhv edilmiş və ya ələ keçirilmiş, həmçinin Qarabağ boyunca tapılmış silahların həcmi və qabaqcıl texnologiyalı hərbi vasitələrdir”, - Elnur Məmmədov vurğulayıb. Dominos pizza

Nazir müavini qeyd edib ki, Azərbaycan BMT-ni bu hərbi vasitələrin sənədləşdirilməsinə, tərk-silah prosesinə yardım etməyə və Ermənistanın qanunsuz fəaliyyətlərini bütün dünya üçün sənədləşdirməyə dəvət edib./APA 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!