Azərbaycan dilini öyrənən müdavimlərə diplomlar verildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan dilini öyrənən müdavimlərə diplomlar verildi - Foto

Siyasət

24 Avqust 2021 19:40 1319


Misirin paytaxtı Qahirə şəhərində fəaliyyət göstərən diaspor mərkəzində Azərbaycan dili, Quran qiraəti və xəttatlıq kurslarını bitirən müdavimlərə diplomlar təqdim edilib.

Yenisabah.az xəbər verir ki, tədbirdə giriş sözü ilə çıxış edən “Vətənpərvər” Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirov bildirib ki, diaspor mərkəzində Azərbaycan dilini öyrənən 12 müdavim kursu müvəffəqiyyətlə bitirib. Məzunların Misirin müxtəlif universitetlərində təhsil aldığını xatırladan birlik sədri qeyd edib ki, əcnəbi tələbələr Azərbaycan tarixi və mədəniyyəti haqqında da biliklər əldə ediblər.

Tədbirdə kursu müvəffəqiyyətlə bitirən misirli gənc qız Səməd Vurğunun “Azərbaycan” şeirini söyləyib. Bu, tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Mərasim Azərbaycan dili üzrə 12, Quran qiraəti üzrə 10, xəttatlıq sənəti üzrə 4 məzuna diplomların təqdim edilməsi ilə yekunlaşıb. Dominos pizza

Qeyd edək ki, diaspor mərkəzində, ümumilikdə 500 müdavim Azərbaycan dili, Quran qiraəti, xəttatlıq, ərəb dili və ədəbiyyatı və s. üzrə müxtəlif kurslarda təhsil alır. Onlar, əsasən, Asiya və Afrika ölkələrindən olan gənclərdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!