“Azərbaycan hər üçünə - Ermənistan, İran və Rusiyaya xəbərdarlıq etmişdi, amma...”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan hər üçünə - Ermənistan, İran və Rusiyaya xəbərdarlıq etmişdi, amma...”

Siyasət

28 Avqust 2021 09:40 25990


İki həftə əvvəl Azərbaycan İrana məxsus avtomobillərin Qarabağ bölgəsinə "qanunsuz" səfərləri ilə bağlı Tehrana öz narazılığını bildirib, XİN-ə dəvət olunan İran səfirinə nota təqdim olunub.

"Notada son dövrlər dost İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərinin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılığımız ifadə olunub", - XİN yaydığı məlumatda bildirib.

Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov hesab edir ki, Azərbaycan həm Ermənistana, həm Rusiyaya, həm də İrana öz narazılıqlarını çatdırıb. Sezar pizza

O deyib ki, Azərbaycanı narahat edən bu yoldan Azərbaycanın icazəsi olmadan İranın yük avtomobillərinin müxtəlif təyinatlı yüklər daşıması və onlara Ermənistanın və Rusiya sərhədçilərinin şərait yaratması idi.

Onun sözlərinə görə, Ermənistan tərəfi də həmin yolla Dağlıq Qarabağa Laçın dəhlizindən keçiərək hərbçilərini aparıb.

Rəsmi Bakı 2-ci Qarabağ müharibəsinin başa çatmasından sonra avqustun ortalarında ilk dəfə, Qarabağda Rusiya sülhməramlılarının olduğu ərazilərdə erməni qüvvələrinin qalmasından narazılığını bildirib.

Azərbaycan Müdafiə Nazirliyi rəsmi açıqlamasında bəyan edib ki, Rusiya Ermənistan silahlı qüvvələrinin bölgədə yerləşdirilməsi "hallarına son qoymalıdır".

Qafan-Gorus yolunun bağlanması Azərbaycanın İrana və Rusiyaya narazılığını ifadə etməsindən sonra baş verir.

"Narahatlıq çatdırılmışdı hər üçünə, amma əməl olunmurdu. Bununla Azərbaycan nümayiş etdirdi ki, bundan sonra daha buradan keçməyəcəklər. Azərbaycanın konkret tələbləri bunlardır ki, son hadisə, sərhədçiyə hücum araşdırılmalıdır və Azərbaycanın digər tələblərinə əməl edilməlidir", - Rasim Musabəyov deyib.

Millət vəkili hesab deyir ki, Azərbaycanın başqa etirazı da Ermənistan üçtərəfli bəyanatın şərtlərini pozaraq Naxçıvana avtomobil yolunun tikintisinə razılaşmamasıdır.

"Mehridən keçməklə dəmiryolunun tikintisinə Ermənistan razılaşır, amma avtomobil yoluna yox. Ermənistan özü Laçın dəhlizindən istifadə edib Dağlıq Qarabağla əlaqə yaradır, amma Naxçıvanla avtomobil yolu əlaqəsinin qurulmasına müqavimət göstərir. Azərbaycan bunu qəbul etmir", - Rasim Musabəyov bildirib.

Rasim Musabəyova görə, hazırda dünya birliyinin başı Əfqanıstan məsələsinə qarışdığından Ermənistanın "çağırışlarına Rusiyadan başqa fikir verən yoxdur". /BBC Azərbaycan

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Bəhruz ibrahimov
    Laçın yolunun əvəzi 21 km bizə məxsus yolda post qurub Xankəndinə gedən maşınları geri qaytara bilərik.
    5 years ago