Sakit Okean Donanmasının "Varyaq" mühafizə raket kreyserinin rəhbərlik etdiyi gəmilər dəstəsi "Dəniz təhlükəsizlik kəməri - 2024" birgə hərbi dəniz təlimlərində iştirak etmək üçün İranın Çabahar limanına gəlib.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Dəniz təlimində İran və Çin donanmalarının gəmiləri, katerləri və dəniz aviasiyası cəlb ediləcək. Pakistan, Qazaxıstan, Azərbaycan, Oman, Hindistan və Cənubi Afrika donanmalarının nümayəndələri müşahidəçi qismində çıxış edəcəklər. Dominos pizza
Təlimlərin praktiki hissəsi Ərəb dənizində Oman körfəzinin sularında baş tutacaq. Manevrlərin əsas məqsədinin dəniz təsərrüfat fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi üzrə təcrübə keçmək olduğu bildirilib.
Telegram kanalımız