“Azərbaycan İsraillə elə bir sistem qurub ki...” - Martirosyan

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan İsraillə elə bir sistem qurub ki...” - Martirosyan

Siyasət

26 Dekabr 2023 21:27 5831


Rusiyanın Baş Kəşfiyyat İdarəsininin “Fancy Bear” haker qrupu bu ilin yayında Ermənistan, Ukrayna və Tacikistanın dövlət qurumlarına hücumlar həyata keçirib.

Yenisabah.az xəbər verir ki, bunu erməni informasiya təhlükəsizliyi üzrə eksperti Samvel Martirosyan deyib.

O əlavə edib ki, bu haker qrupu son 10 ildə bir neçə dəfə Ermənistanın dövlət qurumlarına qarşı ciddi hücumlar həyata keçirib. pizza mizza

Martirosyanın iddiasına görə, 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycanda aktiv şəkildə haker qrupları qurulmağa başlayıb, paralel olaraq Rusiya, Ukrayna və digər ölkələrdən muzdlulardan istifadə olunub.

“2020-ci ildə hər şey ciddiləşdi, Bakı bu sahədə ciddi potensiala malik olan Türkiyə tərəfini də cəlb etməyə başladı. Bundan başqa, İsraillə ciddi əməkdaşlıq qurulub ki, bu da təkcə Azərbaycana silah tədarükü baxımından yox, həm də kiberməkan sahəsində bizim üçün təhlükədir”, - ekspert bildirib./Teleqraf.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!