“Türkiyə Şuşa bəyannaməsiylə Azərbaycanın tamamını təhlükəsizlik təminatı altına almış oldu. 100 il bundan əvvəl imzalanan Qars müqaviləsinin genişləndirilməsinə ehtiyacımız var idi. Ancaq dəstək qarşılıqlı olmalıdır, müttəfiqlik bunu diqtə edir”.
Yenisabah.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, Azərbaycan da kiçik hərbi kontingentlə Əfqanıstanda Türkiyənin yanında ola bilər:
“ABŞ və NATO qüvvələri Əfqanıstanı tərk etməyə hazırlaşırlar. Türkiyə hərbçiləri isə Əfqanıstanda qalacaq və paytaxt Kabilin hava limanını qoruyacaqlar. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenlə Brüsseldə son görüşündə deyib ki, Türkiyəyə Əfqanıstanda Pakistan və Macarıstan da dəstək verəcək. Türkiyə iki dostu ilə ABŞ və NATO-nu Əfqanıstanda əvəz edəcək. Türkiyənin bu addımı ABŞ və NATO tərəfindən yüksək qiymətləndirilib. pizza sifarişi
Fikrimcə, Azərbaycan da kiçik hərbi kontingentlə Əfqanıstanda Türkiyənin yanında ola bilər. Onsuz da biz Əfqanıstanda varıq. Bu müddəti uzatmaq olar. Bu halda Azərbaycan dost dövlətlər – Türkiyə, Pakistan və Macarıstanın yanında yer almış olacaq və bu hal Vaşinqtonla Brüssel tərəfindən də yüksək qiymətləndiriləcək”.
Politoloq hesab edir ki, bununla Ermənistan və erməni lobbisi ilə mübarizədə beynəlxalq arenada mövqelərimizi gücləndirmiş olarıq:
“Əfqanıstanın Azərbaycana dost və qardaş dövlət olduğunu da nəzərə almalıyıq. Müharibə günlərində Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəsətkləyən dövlətlərdən biri də Əfqanıstandı. Rəcəb Tayyib Ərdoğan Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyə Petrolleri Anonim Şirkətiylə birgə Liviyada enerji resurslarının işlənməsində də Bakıya tərəfdaşlıq təklif edib. Bu da neft şirkətinin fəaliyyət çərçivəsini genişləndirmək və Türkiyə ilə birgə hərəkət etmək baxımından faydalı ola bilər”.
Telegram kanalımız