Azərbaycan niyə Zəngəzura hücum etməlidir? - “İranla bağlanan saziş Vaşinqtonu narahat edib”

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan niyə Zəngəzura hücum etməlidir? - “İranla bağlanan saziş Vaşinqtonu narahat edib”

Siyasət

14 Oktyabr 2023 21:54 4571


"ABŞ Dövlət Katibi Entoni Bkinken Kongresde görüşdə Azərbaycanın Ermənistanın cənubuna-Zəngəzura hücum edəcəyini qeyd edib. E.Blinkenin dedikləri çox ciddir və bu xüsusda reallıqlara söykənməlidir. İlk növbədə Azərbaycan Qarabağa tam nəzarət edir, suverenliyini bərpa edib. Qarabağdan da ermənilər çıxıb gedib. Ermənistanla da sərhəddə problem görmür. Zəngəzur dəhlizi də artıq İran ərazisindən keçir".

Yenisabah.az xəbər verir ki, bunu ABŞ Dövlət Katibi Entoni Blinkenin açıqlamasını şərh edən politoloq Məhəmməd Əsədullazadə deyib.

"Görünür, Vaşinqtonu Azərbaycanın İranla bu istiqamətdə saziş bağlaması narahat edib. Azərbaycanın Zəngəzura hücum edəcəyi gündəlikdə deyil və buna əsas da qalmayıb. Azərbaycan və Rusiya prezidentlərinin Bişkekdə görüşü, iki ölkə arasında münasibətlərin normal olması, Vaşinqtonda belə qənaət formalaşdırıb ki, Azərbaycan Rusiyanın təhriki ilə N.Paşinyanı cəzalandıracaq. Amma, prezidentlərin görüşünə diqqət etsək, V. Putinin Qarabağ məsələsini gündəmə gətirməsi və Prezident İlham Əliyevin bunun üstündən keçməsi aydın görünürdü. Pepperoni pizza

Azərbaycan məhz Rusiyaya görə özünü sanksiya və təzyiq altında qoymaz. ABŞ Azərbaycanın İranla və Rusiya ilə normal siyasət aparmasını Ermənistana təhlükə kimi görür. Halbuki, Ermənistan daima İran və Rusiya ilə müttəfiq olub" - M.Əsədullazadə fikrini tamamlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vuqar Məmmədov
    Zəngəzurun alinmasi ermənilərin tam süqutu olacaq! ƏLİYEV bilən məsləhətdir, İNSALLAH!
    3 years ago