“Azərbaycan onun suverenliyinə xələl gətirmək cəhdlərinin qarşısını qətiyyətlə alacaq” - XİN

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan onun suverenliyinə xələl gətirmək cəhdlərinin qarşısını qətiyyətlə alacaq” - XİN

Siyasət

29 Sentyabr 2023 23:11 810


Azərbaycan onun suverenliyinə xələl gətirmək cəhdlərinin qarşısını qətiyyətlə alacaq.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə "X" sosial hesabında Almaniya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinə cavabında qeyd edib.

A.Hacızadə Almaniya XİN-in Qarabağ bölgəsini "dağlıq" adlandırmasına da qarşı çıxıb. pizza

"Ermənistan 30 il işğalçılıq siyasəti yürüdüb, bölgəni "boz zona"ya çevirib. Azərbaycan öz erməni sakinlərini qorumaq və reinteqrasiya etməkdə qətiyyətlidir və qadirdir. Artıq BMT-nin müvafiq qurumları humanitar fəaliyyət və tərksilah prosesi ilə tanış olmaq üçün Qarabağ bölgəsinə səfərə dəvət edilib", - XİN rəsmisi yazıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!