Azərbaycan Ordusunda anonim sorğular keçirilir   - SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Ordusunda anonim sorğular keçirilir - SƏBƏB

Siyasət

30 May 2021 15:50 1580


2021-ci il üçün hazırlıq planına əsasən şəxsi heyəti maraqlandıran məsələlərin öyrənilməsi məqsədilə Azərbaycan Ordusunda anonim sorğular keçirilir.

Müdafiə Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi zabitlərinin iştirakı ilə keçirilən sorğular zamanı hərbi qulluqçularla müxtəlif mövzularda söhbətlər aparılır, onların xidmətlə bağlı sualları cavablandırılır və müraciətləri qeydə alınaraq tədbirlər görülməsi üçün müvafiq addımlar atılır.

Görülən işlərin təsir və effektivliyinin artırılması məqsədilə Müdafiə nazirinin tapşırığına əsasən sorğular bütün qoşun növləri, birlik, birləşmə və əlahiddə hərbi hissələrdə planlı şəkildə il ərzində həyata keçiriləcək. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!