Azərbaycan Ordusunun komandanlıq heyəti toplaşdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Ordusunun komandanlıq heyəti toplaşdı

Siyasət

19 Sentyabr 2023 11:55 2779


Sentyabrın 19-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində müdafiə nazirinin müavinləri, hərbi birlik və birləşmə komandirləri, eləcə də ideoloji iş və mənəvi-psixoloji təminat və hüquq ixtisası üzrə zabitlərin iştirakı ilə “Hərbi hissələrdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və hərbi intizamın möhkəmləndirilməsi“ mövzusunda konfrans işinə başlayıb.

Bu barədə “Yeni Sabah”a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Konfransda cari il ərzində görülən işlər, hərbi hissə komandirlərinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığı üzrə tədbirlərin təşkili və keçirilməsində rolu, zabitlərin hərbi qanunvericilik sahəsində rəhbər sənədləri bilməsi, həmçinin hərbi intizamın gücləndirilməsi, qış dövrünə hazırlıq və bir sıra digər aktual məsələlər müzakirə olunacaq. pizza sifarişi

Konfrans sentyabrın 21-nə kimi davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!