“Azərbaycan Qadını” Mükafatının (Azerbaijan Woman Awards) forması insanları təəccübləndirib.
Yenisabah.az xəbər verir ki, mükafatın görünüşü tabutu xatırladıb. Sosial şəbəkələrdə qısa müddətdə bir çox insan tərəfindən paylaşılan mükafat insanların gülüşünə səbəb olub.
Qeyd edək ki, cəmiyyətin uğurlu və işgüzar qadınlarını birləşdirən layihədə ölkənin ictimai-siyasi, mədəni və iş həyatında böyük nüfuza malik olan xanımlar iştirak edir. Mükafat mədəniyyət, incəsənət, media, biznes, tibb, idman, dəb, memarlıq, elm və digər sahələrdə uğur qazanmış xanımlara təqdim olunur. Pepperoni pizza
Mükafatlandırma mərasimin keçirilməsinin əsas məqsədi cəmiyyətin uğurlu xanımlarını fərqləndirmək, motivasiya vermək və onları daha geniş auditoriyaya təqdim etməkdir.
Telegram kanalımız