“Azərbaycan Qarabağdan köçən bütün ermənilərə sənəd imzalatmalıdır”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan Qarabağdan köçən bütün ermənilərə sənəd imzalatmalıdır”

Siyasət

26 Sentyabr 2023 15:02 660


"Azərbaycan dövləti Qarabağdan köçən bütün ermənilərə "Bizə Azərbaycan tərəfindən heç bir təzyiq  yoxdur, özümüz gedirik" şəklində bir sənəd imzalatmalıdır. Peşəkar  beynəlxalq hüquqçularımız bunun ən uyğun formasını taparlar. Ayrıca sərhəd buraxılış məntəqəsində bu gedənlərin hamısına niyə getdiyi soruşulmalı və video qeydiyyatı aparılmalıdır. Bu çox vacibdir". 

Yenisabah.az xəbər verir ki, bu sözləri politoloq Nazim Cəfərsoy deyib. 

O, ermənilərin sonradan "etnik təmizləmə" iddiasını sələndirməməsi üçün bu cür addım atmağın vacib olduğunu vurğulayıb:  Dominos pizza

 "Bu gedənlər sabah bizi "etnik təmizləmə" iddiası ilə məhkəməyə verəcəklər, təbliğ kampaniyasında aktiv rol alacaqlar və s. Dövlət olaraq yeni problemlərlə üzləşməmək üçün bunları mütləq etməliyik. Bu videolar və sənədlər məhkəmə prosesi və kampaniyaları təsirsiz hala gətirmək üçün şərtdir!!!" 

Politoloq Azərbaycan mediasının nümayəndələrinə səsələnib:

"Qarabağda ermənilərdən müsahibə alan jurnalistlər mümkün qədər mülki əhaliyə oradan niyə çıxdıqlarını ətraflı soruşsunlar. Bu cür nümunə var, amma azdır. Çalışıb hamıdan soruşmaq lazımdır. Ölkədə onlara media var, 100 jurnalist gündə 10 nəfərdən soruşsa, məsələ həll olar. Videoları isə saxlamaq lazımdır, əmin olun ki hamısı lazım olacaq!!!!" 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!