“Fransanın proseslərdə iştirak etmək niyyətini vasitəçilik kimi qəbul etmək lazım deyil. Çünki Azərbaycan bu vasitəçiliyə heç vaxt icazə verməyib”.
Bunu Bakupost.az -a politoloq Tofiq Zülfüqarov bildirib.
Onun sözlərinə görə, Fransanın öz siyasəti var və bu siyasət təkcə Azərbaycanla deyil, bölgənin digər dövlətləri İran və Rusiyanın mövqeləri ilə ziddiyyət təşkil edir: Sezar pizza
“ABŞ da Frasanın və onun timsalında Avropa İttifaqının Cənubi Qafqazdakı fəallığını dəstəkləmir. Onların arasında da ziddiyyətlər var. Bu baxımdan, Azərbaycan Fransanın diplomatik etiketdən uzaq təkidlərini qəbuledilməz saydığı üçün Qranada görüşü ilə bağlı öz mövqeyini ortaya qoyub".
T.Zülfüqarov qeyd edib ki, hazırda Avropa İttifaqının daxilində hansı ölkənin liderlik etməsi ilə bağlı mübarizə gedir. Fransanın uğursuzluğu nəzərəçarpacaq şəkildə olduğu üçün indi Almaniyanı qabağa veriblər:
"Bunların mövqeyi bir-birindən fərqlənmir. Amma Azərbaycan tam suveren ölkə olduğu üçün öz siyasətini istədiyi kimi aparır”.
Telegram kanalımız