Azərbaycan səfirliyi İsraildəki vətəndaşlarımıza çağırış etdi:   “Ehtiyatlı olun!”

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan səfirliyi İsraildəki vətəndaşlarımıza çağırış etdi: “Ehtiyatlı olun!”

Siyasət

07 Oktyabr 2023 13:03 763


Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlarımıza çağırış edib.

Yenisabah.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

"Azərbaycan vətəndaşlarının nəzərinə - İsrail Müdafiə Qüvvələri tərəfindən müharibə vəziyyəti elan edilib. Bununla əlaqədar Azərbaycan vətəndaşlarına ölkədaxili səfərlər etməməyi, təhlükəsizliyə riayət etməyi, ehtiyatlı olmağı, yerli dövlət qurumlarının verdiyi təlimatlara uyğun davranmağı tövsiyə edirik", - deyə paylaşımda qeyd edilib. Marqarita pizza

Azərbaycanın İsraildəki səfirliyinin fövqəladə hallar üçün əlaqə vasitəsi: +972 50 356 95 82


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!