Azərbaycan səhəri dəhşətli istilərlə açdı - 38 dərəcə...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan səhəri dəhşətli istilərlə açdı - 38 dərəcə...

Sosial

05 Avqust 2024 09:30 489


Avqustun 5-i saat 9:00-a olan məlumata görə, Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib. 

Bu barədə Yenisabah.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, lakin axşam Quba-Qusar bölgəsinin dağlıq ərazilərində qısamüddətli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli olub. Düşən yağıntının miqdarı Qusarda (Laza) 32 mm, Qrızda 5 mm, Qubada 4 mm-dək olub.  Marqarita pizza

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da 37, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 29 dərəcəyədək isti olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!