Azərbaycan Türkiyə vətəndaşları üçün vizanı ləğv edir.
"Yeni Sabah" xəbər verir ki, bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz "Twitter" hesabında paylaşıb.
Onun sözlərinə görə, bu sevindirici xəbəri Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana ötən həftə deyib: Pepperoni pizza
"Azərbaycan Türkiyə vətəndaşları üçün vizanı 1 sentyabrdan etibarən ləğv edir. Bu "Bir millət iki dövlət"ə yaraşan oldu".
Qeyd edək ki, bununla bağlı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə tərəfinə rəsmi məktub ünvanlayıb.


Telegram kanalımız