Azərbaycan və İran baş prokurorları səfirliyə hücumu müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və İran baş prokurorları səfirliyə hücumu müzakirə etdi

Siyasət

26 Dekabr 2023 10:34 421


Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə İranın Baş prokuroru Məhəmməd Kazem Movəhedi-Azad arasında videoformatda geniştərkibli görüş keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Görüşdə Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə bu il yanvarın 27-də edilən terror hücumu ilə bağlı cinayət işi üzrə məhkəmə baxışının keçirilməsi, yekun qərarın qəbulunun sürətləndiriləməsi və hüquqi əməkdaşlıq mexanizmləri müzakirə olunub. Toyuqlu pizza

Bundan başqa, görüş zamanı ölkələrimizin prokurorluq orqanları arasında hüquqi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin, Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə və İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Musəvi də iştirak edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!