Azərbaycan və Pakistan HDQ komandanları arasında görüş keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Pakistan HDQ komandanları arasında görüş keçirildi - Fotolar

Siyasət

08 İyun 2021 18:50 693


Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasında səfərdədir.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Pakistan HDQ komandanı admiral Məhəmməd Amcad Xan Niyazi ilə Azərbaycan HDQ komandanı kontr-admiral Sübhan Bəkirov arasında keçirilən görüşdə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Dominos pizza

Admiral Məhəmməd Amcad Xan Niyazi Vətən müharibəsində qazanılan qələbə və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Geniş tərkibdə davam edən görüşdə, Pakistan HDQ-nin strukturu, əməliyyat imkanları, regional və daxili təhlükəsizlik mühiti, eləcə də qarşıda duran tapşırıqlar barədə brifinq təqdim olunub, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!