Azərbaycan Xankəndiyə yanacaq göndərdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Xankəndiyə yanacaq göndərdi - Fotolar

Siyasət

23 Sentyabr 2023 16:12 2264


Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağ bölgəsinin erməni sakinləri üçün yanacaq göndərib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, yanacaqla dolu iki nəqliyyat vasitəsi hazırda açıq olan Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

Yanacaq daşıyan avtomobillər Xankəndi istiqamətində hərəkət edirlər. Dördpendirli pizza

Yanacaq ilk növbədə bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinə paylanılacaq.

Qeyd edək ki, sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərin nümayəndələri bölgəyə yanacaq göndərilməsini xahiş etmişdilər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!