Azərbaycan XİN Ukrayna ərazilərində keçirilmiş qondarma “seçkilərə” dair bəyanat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan XİN Ukrayna ərazilərində keçirilmiş qondarma “seçkilərə” dair bəyanat yaydı

Siyasət

09 Sentyabr 2023 16:47 549


Azərbaycan və Ukrayna bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.

Yenisabah.az xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Ukraynanın bir sıra ərazilərində keçirilmiş qondarma “seçkilərə” dair bəyanatında əksini tapıb.

Qeyd edilib ki, Azərbaycan Ukrayna ərazisində bu dövlətin Konstitusiyasına və qanunvericiliyinə uyğun şəkildə keçirilən istənilən seçkinin legitim ola biləcəyini bəyan edir. Dominos pizza

Azərbaycanın bu prinsipial mövqeyi beynəlxalq hüququn dövlətlərin suverenliyinə aid olan hüquqlara hörmətlə bağlı universal şəkildə tanınmış norma və prinsiplərinə əsaslanır.

Bu meyarlara cavab vermədiyi üçün, Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsində keçirilən son "seçkilər"in ümumiyyətlə heç bir qanuni qüvvəsi yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!