Azərbaycan Zəngəzuru bu cür alacaq – ŞOK PLAN

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Zəngəzuru bu cür alacaq – ŞOK PLAN

Siyasət

19 Oktyabr 2023 10:55 14118


Azərbaycanın növbəti hədəfi Zəngəzurdur.

"Yeni Sabah" Axar.az-a istinadən bildirir ki, bu sözləri erməni mediasına açıqlamasında rusiyalı tarixçi, ermənipərəst ekspert Modest Kolerov deyib.

"Zəngəzurun (Sünik rayonu) anşlüsü (birləşdirmə - Almaniyanın Avstriyanı özünə birləşdirmə siyasəti - red.) müxtəlif cür ola bilər. Son hadisələrə qədər Zəngəzurun əhalisi 43 mindən 7 minə qədər azalmışdı. İndi orda Qarabağdan köçənlərdən bəzilərini yerləşdiriblər. Amma onlar müxtəlif yerlərdə məskunlaşacaqlar, ona görə də region əhali azalması təhlükəsi ilə üz-üzədir", - o bildirib. Dominos pizza

Kolerovin sözlərinə görə, məhz depopulyasiya anşlüsün metodu ola bilər.

Bakının Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında İran vasitəsilə də əlaqə yaratmaq bəyanatlarına gəlincə, tarixçinin fikrincə, bu əlaqə artıq qurulur:

"Məsələ Zəngəzurun rəsmi statusundan asılı olmayaraq, ona nəzarətdən gedir. İrandan keçən dəhliz istənilən halda tikiləcək, lakin bu, texniki xarakter daşıyacaq. Bakı və Ankara məhz Zəngəzurdan birbaşa marşrut çəkməyə çalışacaq".

Onun fikrincə, əhəmiyyətinə baxmayaraq, anklavlar hələ də kiçik, prinsipsiz, texniki məsələdir və heç kim onlarla bazarlıq etməyəcək:

"Ermənistan indi onunla sövdələşmə etmək vəziyyətində deyil. İrəvanla heç kim bazarlıq etməyəcək".

O qeyd edib ki, Yaxın Şərqdəki vəziyyətə baxmayaraq, İranın Qafqaza diqqəti zəifləməyəcək:

"İranın şimal sərhədi məsələsi tamamilə onun yurisdiksiyasında qalacaq və Fransa heç bir şəkildə kömək etməyəcək. Rus sülhməramlılar isə gedəcək", - deyə o yekunlaşdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!