Azərbaycanda 4 qırğız saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 4 qırğız saxlanıldı

Kriminal

26 Mart 2024 20:37 1801


Azərbaycanda saxlanılan Qırğız Respublikasının dörd vətəndaşı ölkələrinə təhvil verilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Belə ki, Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində beş nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib. Sezar pizza

Azərbaycan Daxili İşlər Nazirliyi Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərərək araşdırmalarla həmin şəxslər barəsində toplanmış məlumatı Qırğız tərəfinə təqdim edib. Araşdırmalar nəticəsində şübhəli şəxs qismində saxlanılan həmin şəxslərdən birinin Rusiya, digərinin isə Azərbaycan ərazisində əvvəllər cinayət törədərək məhkum olduğu müəyyən edilib.

Həmçinin, Qırğız Respublikası hüquq-mühafizə orqanlarının müraciəti əsasında haqqında bəhs olunan şəxslərlə əlaqələrinin olmasında şübhəli bilinən dörd nəfər Qırğız Respublikası vətəndaşının Azərbaycan ərazisində yeri müəyyən edilib və onlar Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanlarına təhvil veriliblər.

Qeyd edilən məsələnin təfərrüatlarının tam və ətraflı araşdırılması üçün Qırğız Respublikasının hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində birgə tədbirlər davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!